[b]Bakıda türk dueli, Qəbələdə Qurbanovlar üz-üzə[/b]
12.12.2014 - 15:55
[b]Bakıda türk dueli, Qəbələdə Qurbanovlar üz-üzə[/b]

Sabah Topaz Premyer Liqasında XVI turun oyunları keçiriləcək. Apasport.az saytının məlumatına görə, iki gün davam edəcək turun iki oyunu Bakıda, ikisi paytaxtdan kənarda baş tutacaq.

 

İlk oyun günündə “Simurq”la “İnter” üz-üzə gələcək. Ardıcıl 3 qələbə qazanan bakılılar son iki oyunda xala həsrət qalan meydan sahiblərini məğlub edib, 2-ci pilləni qorumağa çalışacaq. 6 turdu qol vuran zaqatalalılar isə mövqeyini yaxşılaşdırmağa çalışacaq.

 

Turun ikinci günü türk məşqçilərin dueli ilə başlayacaq. “Bakı” – “Xəzər Lənkəran” qarşılaşması İbrahim Uzunca ilə Oğuz Çətinin ikinci görüşü olacaq. Ardıcıl 8 matçda qol sevinci yaşayan cənublular autsayderi də itkisiz keçməyə çalışacaq.

 

Qəbələdəki qarşılaşma Sənan Qurbanovun eyniadlı komandanın “sükanı arxasında” debütü ilə əlamətdar olacaq. 5 oyundu qələbə qazana bilməyən meydan sahibləri seriyanı “Qarabağ”la matçda qırmaq əzmindədi. Qurban Qurbanov isə gənc həmsoyadının debütünü korlamaq, bununla da zirvədəki yerini möhkəmlətmək niyyətindədi.

 

Tura “Neftçi” və “Sumqayıt” arasında oyunla yekun vurulacaq. Ardıcıl 3 heç-heççədən sonra liderdən uzaq düşən bakılılar seriyanı qələbə ilə qırmaq niyyətindədi. Sumqayıtlılar isə son sıralardan daha da uzaqlaşmaq üçün səfərdə uduzmamalıdı.

 

XVI tur

 

13 dekabr (şənbə)

 

17:00. “Simurq” – “İnter”

I dövrədəki oyun – 0:0
Hakimlər: Orxan Məmmədov, Mehman Mahmudov, Munis Abdullayev, Əliyar Ağayev 
Zaqatala şəhər stadionu

 

14 dekabr (bazar)

 

14:00. “Bakı” – “Xəzər Lənkəran”
I dövrədəki oyun – 0:4
Hakimlər: Vüsal V. Əliyev, Namiq Hüseynov, Coşqun Həsənov, Elvin Əsgərov 
“Bakı” FK-nın təlim-məşq bazasının stadionu

 

15:00. “Qəbələ” – “Qarabağ”
I dövrədəki oyun – 0:2
Hakimlər: Fariz Yusifov, Yaşar Abbasov, Nahid Əliyev, Rəhim Həsənov 
Qəbələ şəhər stadionu

 

17:00. “Neftçi” – “Sumqayıt”
I dövrədəki oyun – 1:0
Hakimlər: Ramil Diniyev, Mübariz Haşımov, İsgəndər Əliyev, Ramil Əhmədov 
“Bakcell Arena”

 

N

KLUBLAR

O

Q

H

M

T-F

X

1

Qarabağ

13

8

4

1

23-13

28

2

İnter

13

6

6

1

22-4

24

3

Neftçi

13

6

5

2

15-8

23

4

Xəzər Lənkəran

13

5

3

5

19-16

18

5

Simurq

14

5

2

7

19-19

17

6

Qəbələ

13

3

5

5

15-21

14

7

Sumqayıt

13

4

2

7

16-21

14

8

AZAL

13

3

4

6

14-23

13

9

Bakı

13

2

3

8

10-28

9

 

Bombardir: Mikel Alvaro (“İnter”) - 8