İtaliya yığmasının üzvü Mario Balotelli karyerasını Çində davam etdirə bilər. Apasport.az saytı xarici mətbuata istinadən xəbər verir ki, 26 yaşlı hücumçu son vaxtlar bir çox tanınmış futbolçuların yollandığı ölkədən təklif alıb.
“Milan”da icarə əsasında oynayan, transfer hüququ isə “Liverpul”a məxsus olan Balotelli ilə “Şanxay Şenxua”nın maraqlandığı bildirilir.
“Rossonyerlər”in çalışdırıcısı Sinişa Mixayloviç “Supermario”dan narazılığını dilə gətirib. “Liverpul”un baş məşqçisi Yurgen Klopp isə qalmaqallı hücumçunun “mersisaydlılar”a geri dönməsini istəmir. Belə olan halda, italiyalı forvard məcburən klub axtarışına çıxıb.
Futbolçunun agenti Mino Rayola da Balotellinin Çindən təklif aldığını təsdiqləyib.
- Yoxlama matçı: "Qalatasaray" 0:3-dən geri döndü
- İngiltərə Futbol Assosiasiyasından “Mançester Siti” açıqlaması: “Lazım gələrsə, tədbir görəcəyik”
- “Qalatasaray”da Lemina sevinci – Komanda ilə məşqlərə başladı
- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”
- Leao Ronaldonun “7” nömrəsindən danışdı: “O, uşaqlıq kumirimdir”