[b]Baş məşqçi “Qarabağ”ın istədiyi futbolçu haqda[/b]
09.01.2018 - 11:44
[b]Baş məşqçi “Qarabağ”ın istədiyi futbolçu haqda[/b]

“Steliano mənə lazımdı”. Apasport.az saytı xəbər verir ki, bu sözləri Buxarest “Dinamo”sunun baş məşqçisi Vasile Miriuta deyib.

 

Rumıniya klubunun müdafiəçisi Steliano Filipin karyerasını Azərbaycanda davam etdirmək variantının olduğu barədə xəbərlər yayılıb. Məlumatda 23 yaşlı futbolçunun “Qarabağ”la danışıq apardığı qeyd olunub.

 

Filipin məvacibinin yüksək olmasından narazı qalan “Dinamo” rəhbərliyinin onu 400 min avroluq təzminat haqqı qarşılığında başqa kluba buraxmağa razı olduğu açıqlanmışdı.

 

Yerli mətbuata açıqlama verən Miriuta isə Filipin gedişinə qarşı çıxdığını bildirib. Ötən ildən “Dinamo”nu çalışdıran 50 yaşlı mütəxəssis Stelianonun taleyinin təklifdən asılı olduğunu deyib: “Steliano bizdə qalacaq. Amma “Dinamo” və özü üçün yaxşı təklif olsa, gedəcək. Ona indiki məqamda konkret təklifin gəlib-gəlmədiyini bilmirəm. “Dinamo”nun Filipə ehtiyacı var. Özü də bunu başa düşməli və qalıb, komandaya kömək etməlidi”.

 

Qeyd edək ki, 2012-ci ildən “Dinamo”nun şərəfini qoruyan Steliano Filip 2015-ci ildən Rumıniya millisinə də çağırılır. O, yığmada 7 oyun keçirib.