[b]Belfortdan tarixi qol[/b]
29.06.2017 - 22:42
[b]Belfortdan tarixi qol[/b]

Azərbaycan klublarının avrokuboklarda 250-ci qolu vurulub. Apasport.az saytının məlumatına görə, yubiley qolu Avropa Liqasının I təsnifat mərhələsinin ilk oyunlarına təsadüf edib.

 

Lüksemburq “Differdanj”ını qəbul edən “Zirə”nin görüşdə vurduğu 2-ci top 250-ci kimi tarixə düşüb. 80-ci dəqiqədə fərqlənən Kervens Belford bu tarixi qolun müəllifi olub. Hesabı 2:0-a çatdıran legionerin qoluna qədər təmsilçilərimiz avrokuboklarda 249 dəfə fərqlənmişdi.

 

1994-cü ilə təsadüf edən avrokuboklardakı debütümüzdən cari mövsümün startınadək komandalarımız 280 matçda 248 qola sevinmişdi. Mövsümün 2-ci qolu da “Zirə”nin matçında vurulduğundan yubiley də Belfortun hesabına yazılıb.

 

Qeyd edək ki, nəticəsi ləğv olunan və texniki hesabla yekunlaşan 2 qarşılaşma ümumi oyun və qol sayına daxil edilməyib.