“Bu oyuna təzyiq altında çıxdıq”. Apasport.az saytının məlumatına görə, bu sözlər Azərbaycan millisinin baş məşqçisi Bernhard Lippertə məxsusdur.
Təcrübəli çalışdırıcı 21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsində İsraili 3:0 hesabı ilə məğlub etməyimizin sirlərindən danışıb.
Lippert bildirib ki, rəqibə ilk məğlubuyət karyerasındakı ən biabırçı oyun olub: “Çünki ilk oyunda rəqibə böyük hesabla uduzmuşduq. Etiraf edim ki, bu, karyeramdakı ən biabırçı məğlubiyyət idi. Müdafiədə etibarlı oynadıq, eləcə də rəqibi əks hücumlarda cəzalandırdıq. Təbii ki, qələbə qazandığımız üçün çox şadam. Amma hesab arasındakı fərq daha böyük ola bilərdi. Xeyli qol vəziyyəti yaratsaq da, bundan faydalana bilmədik”.
Qeyd edək ki, millimiz İsraillə səfər oyunda 2:7 hesablı məğlub olmuşdu.
affa.az