[b]Berti Foqts: Son vaxtlar Rasim Ramaldanovda alınmır[/b]
05.09.2014 - 12:27
[b]Berti Foqts: Son vaxtlar Rasim Ramaldanovda alınmır[/b]

“Müdafiədə 4 səhvə yol verdik. Bütün futbolçular oyuna hazır deyildi”. Apasport.az saytının məlumatına görə, bunu millimizin baş məşqçisi Berti Foqts deyib.


Bu gün AFFA-nın inzibati binasında jurnalistlər üçün brifinq keçirən almaniyalı mütəxəssis  yığmamızın Rusiya ilə yoldaşlıq oyunu ilə bağlı fikirlərini bildirib: “Sentyabrın 9-da Bolqarıstana qarşı keçirəcəyimiz oyunda dəyişikliklər olacaq. Rasim Ramaldanov əvvəlki görüşlərdə özünü yaxşı tərəfdən göstərib. Son vaxtlar isə onda alınmır. Müdafiənin cinahlarında problemlərimiz vardı. Rusiya bizi sürətdə üstələyirdi. Buraxılmış 4 qola görə problem görmürəm. Çünki bu, adi yoldaşlıq oyunu idi”.