[b]Berti Foqts "Xəzər Lənkəran"ı seçdi [/b]
16.08.2014 - 11:19
Azərbaycan millisinin məşqçilər korpusu Topaz Premyer Liqasının II turunda keçiriləcək oyunları izləyəcək. Apasport.az saytının xəbərinə görə, baş məşqçi Berti Foqts bu gün keçiriləcək "Xəzər Lənkəran" – "Sumqayıt" matçını izləmək üçün Lənkərana yollanıb. Qapıçılar üzrə məşqçi Ulrix Ştayn "Qarabağ" – "İnter", məşqçi Aslan Kərimov sabah oynanılacaq "Simurq" – AZAL, məşqçi Mahmud Qurbanov isə "Qəbələ" – "Araz-Naxçıvan" qarşılaşmalarında stadionda olacaqlar.
0
0