Azərbaycan yığmasının sabiq baş məşqçisi Berti Foqts “Bavariya”lı həmkarı Pep Qvardiola haqda danışıb. Apasport.az saytının Almaniya mətbuatına istinadən məlumatına görə, təcrübəli mütəxəssis Qvardiolanın postunda qalmasının tərəfdarı olduğunu söyləyib.
Bununla yanaşı, Foqts ispaniyalının yerinə gətirilməsini istədiyi mütəxəssisin adını da açıqlayıb.
Onun fikrincə, komandanın idman direktoru Mattias Zammer bu vəzifəni yerinə yetirmək iqtidarındadı: “Deyə bilmərəm ki, “Bavariya” rəhbərliyi baş məşqçi postu üçün kimləri düşünür. Məncə, Zammer ən layiqli namizəddi. Ancaq Zammerin gəlişi çətin görünür. Ümid edirəm ki, Qvardiola getməyəcək. Çünki o, Almaniya futboluna xeyir verir”.
Qeyd edək ki, Qvardiola “Bavariya” ilə mövsümün sonuna qədər olan müqavilə müddətini uzatmaq fikrində deyil.
- Türkiyə futbolunda qalmaqal böyüyür – TFF-dən MHK açıqlaması
- "Sabah" "Qarabağ"ı "Dalğa Arena"da qəbul edəcək
- Braziliyadan Avstraliyaya 4 qol – Ançelottinin komandasından geridönüş
- Avropa nəhəngləri “Porto”nun müdafiəçisi uğrunda mübarizəyə qoşuldu – 65 milyon avro
- Türkiyə futbolunda şok dalğası – MHK sədri Ferhat Gündoğdu saxlanıldı