Millimizin sabiq baş məşqçisi Berti Foqts qovulma təhlükəsi ilə üzləşib. Apasport.az saytının Almaniya mətbuatına istinadən məlumatına görə, onun ABŞ yığmasındakı işinə son qoyula bilər.
Məsələ burasındadı ki, Foqtsun məsləhətçi kimi çalışdığı ABŞ millisi CONCACAF kubokunda uğursuzluğa düçar olub. Yarımfinalda Yamaykaya, 3-cü yer uğrunda matçda isə Panamaya məğlub olan komanda yarışı 4-cü pillədə başa vurub. Bunu uğursuzluq hesab edən ABŞ Futbol Federasiyası baş məşqçi Yurgen Klinsmannla yollarını ayırmaq barədə düşünür. Klinsmann vəzifəsindən uzaqlaşdırılarsa, onun məsləhətçisi olan Foqts da avtomatik olaraq işindən ayrılacaq.
Qeyd edək ki, Berti Foqts 2008-2014-cü illərdə Azərbaycan yığmasını çalışdırıb. O, keçən ilin oktyabr ayının 13-də Xorvatiyaya 0:6 hesablı məğlubiyyətdən sonra millimizdən ayrılıb.