[b]Berti Foqts rəmzi yığmada[/b]
19.11.2015 - 10:21
[b]Berti Foqts rəmzi yığmada[/b]

Azərbaycan millisinin sabiq baş məşqçisi Berti Foqts Almaniyada diqqət mərkəzinə düşüb. Apasport.az saytının məlumatına görə, yığmamızın tarixinə bir sıra rekordlarla düşən 69 yaşlı mütəxəssis rəmzi komandaya daxil edilib.

 

Belə ki, Foqtsun karyerası boyu sadiq qaldığı Mönhenqladbax “Borussiya”sının tarixinin ən yaxşı “11-liy”inə düşüb. O, 115 illik tarixə malik klubun rəmzi yığmasında yer alıb.

 

“Borussiya”da oynamış futbolçuların ən yaxşılarının komandasını tərtib edən almaniyalılar heyətə Mark-Andre Ter Şteqen, Toni Yanke, Ştefan Effenberq, Rayner Bonhof, Günter Netser, Marsel Yansen, Yupp Haynkes kimi tanınmış simaları da daxil edib. Foqtsun rəmzi yığmadakı məşqçisi isə Hennes Vaysveller olub.

 

Qeyd  edək ki, 2008-14-cü illərdə yığmamıza rəhbərlik edən Foqts bu postda ən uzun müddət çalışan mütəxəssisdi. O, millimizdəki oyun sayı və seçmə mərhələdəki xallara görə komandanın rekordçusudu.