“Favrın gedişi “Borussiya” üçün şapalaq oldu. Klub ona gördüyü işə görə təşəkkür etməlidi”. Apasport.az saytı Almaniya mətbuatına istinadən xəbər verir ki, bu sözləri Azərbaycan yığmasının sabiq baş məşqçisi Berti Foqts deyib.
Futbolçu karyerası ərzində yalnız Münhenqladbax “Borussiya”sının formasını geyinmiş Foqts maraqlı fikirlər səsləndirib.
O, komandanın sabiq baş məşqçisi Lüsyen Favrın postundan göndərilməsini düzgün qərar hesab etmir: “Bu qərardan təəccüblənməməyim normal olmaz. Çünki Favrın komandadan göndərilməsi məni şoka saldı. Qərarı anlamadım. Futbolçular Favrın istəyi ilə gətirilmişdi. Görünür, klub onu saxlaya bilməyib”.
Qeyd edək ki, 57 yaşlı məşqçi 2011-ci ildən “Borussiya”nı çalışdırırdı.