Azərbaycan kubokunun 2015/16 mövsümünün bombardirlərinin siyahısı müəyyənləşib. Apasport.az saytının məlumatına görə, yarışın 2015-ci ilə aid hissəsindən sonra ən məhsuldar futbolçuların hesabında 2 top var.
1/16 və 1/8 final mərhələləri çərçivəsində keçirilən 11 görüşdən sonra 5 oyunçu dubl müəllifi olub. Sabir Allahquliyev (“Qaradağ-Lökbatan”) və Rəhman Musayev (“Şərurspor”) ilk raundda buna imza atıb. 1/8 finalın qarşılaşmalarında isə onlara daha 3 futbolçu qoşulub. Bunlar “Zirə”li Nelson Bonilla, “Neftçi”nin üzvləri Elşən Abdullayev və Ruslan Qurbanovdur.
Qeyd edək ki, Allahquliyev və Musayevin çıxış etdiyi komandalar mübarizəni dayandırıb.
- Türkiyə futbolunda qalmaqal böyüyür – TFF-dən MHK açıqlaması
- "Sabah" "Qarabağ"ı "Dalğa Arena"da qəbul edəcək
- Braziliyadan Avstraliyaya 4 qol – Ançelottinin komandasından geridönüş
- Avropa nəhəngləri “Porto”nun müdafiəçisi uğrunda mübarizəyə qoşuldu – 65 milyon avro
- Türkiyə futbolunda şok dalğası – MHK sədri Ferhat Gündoğdu saxlanıldı