Madrid “Real”ının futbolçusu Qaret Beyl ailə həyatı qurmağa hazırlaşır. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, uelsli hücumçu uzun müddətdi birlikdə olduğu Emma Ris-Consla nikah bağlayacaq.
Beyl İtaliyada baş tutacaq toy mərasiminə məşhur pop müğənnisi Beyonsu dəvət edib. Lakin 36 yaşlı model toyda oxumaq üçün ulduz futbolçudan külli miqdarda pul tələb edib. Belə ki, Beyons bunun müqabilində 1,5 milyon funt-sterlinq istəyib və oyunçunun təmsilçiləri onunla danışıqları davam etdirir.
Qeyd edək ki, 2008-ci amerikalı repçi Cey-Z ilə evlənən Beyonsun 100 milyondan çox albomu satılıb.
- Türkiyə futbolunda qalmaqal böyüyür – TFF-dən MHK açıqlaması
- "Sabah" "Qarabağ"ı "Dalğa Arena"da qəbul edəcək
- Braziliyadan Avstraliyaya 4 qol – Ançelottinin komandasından geridönüş
- Avropa nəhəngləri “Porto”nun müdafiəçisi uğrunda mübarizəyə qoşuldu – 65 milyon avro
- Türkiyə futbolunda şok dalğası – MHK sədri Ferhat Gündoğdu saxlanıldı