[b]Bir mükafat, iki qalib[/b]
09.01.2015 - 12:20
[b]Bir mükafat, iki qalib[/b]

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) ötən il dünyanın ən yaxşı qadın qapıçılarının siyahısını açıqlayıb. Apasport.az saytının məlumatına görə, İFFHS-ın dünyanın bütün ölkələrindəki nümayəndələri arasındakı səsvermədə ən yaxşını müəyyənləşdirmək mümkün olmayıb.

 

Belə ki, bu ada iki qapıçı birdən layiq görülüb. Buna Hope Solo (ABŞ, “Sietl Reyqn”) və Almut Şultun (Almaniya, “Volfsburq”) eyni xal toplaması səbəb olub. Hər iki qolkiper 110 xal topladığından onların hər birinə mükafat təqdim olunacaq. 3-cü pilləni isə digər alman qapıçı Nadin Angerer (Almaniya, “Beieben”/“Portlend Torns”) 46 xal toplayıb.

 

Onların arxasında qərarlaşan Tinya-Riikka Korpela (Finlandiya, “Tireso”/“Bavariya”) 36, Sara Buhaddi (Fransa, “Lion”) 28, Hedvid Lindehal (İsveç, “Rusenborq”) 20 xal toplayıb. İlk “onluq”da qərarlaşan Andréa Suntaqu (Braziliya, “Portuqeza”) və Unqrid Hyelmset (Norveç, “Stabek”) hərəyə 12, Sandra Milena (Kolumbiya, “Formas İntimas”) 6, Ayumi Kahori (Yaponiya, “İnak Kobe Leonessa”) 5 xal yığıb.

 

Qeyd edək ki, sorğuda Azərbaycanı təmsil edən apasport.az saytının əməkdaşı, İFFHS-in üzvü olan Vüqar Xeyrullayev də iştirak edib. O, hər iki alman qapıçını – Şult və Angereri ilk “üçlük”də göstərib.