[b]Blatter İnfantinonun sisteminə qarşıdı[/b]
02.06.2018 - 01:18
[b]Blatter İnfantinonun sisteminə qarşıdı[/b]

FİFA-nın sabiq prezidenti Jozef Blatter dünya çempionatında iştirakçılarının sayının 48-ə yüksəldilməsi variantına münasibət bildirib. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, o, bunun əleyhinə olduğunu deyib.

 

82 yaşlı futbol funksionerinin fikrincə, belədə ən çox zərbə Avropa ölkələrinə dəyəcək: “Belə bir format daha çox problemə səbəb olacaq. Bu, ilk növbədə oyun keyfiyyətinə mənfi təsir göstərəcək. Digər tərəfdən çox sayda iştirakçının mundiala qatılması, asanlıqla ora getməsi Afrika, Asiya və Şimali Amerikada futbola müsbət təsir göstərə bilər. 1982-ci ildəki dünya çempionatında buna bənzər sistem tətbiq etməyə çalışdıq, lakin işə yaramadı”.

 

Qeyd edək ki, FİFA prezidenti Canni İnfantino DÇ-2026-da 48 komandanın iştirakını istisna etməyib.