[b]Bombardir üçün Premyer Liqada mövsüm bitdi[/b]
09.05.2018 - 20:46
“Mançester Yunayted”in hücumçusu Romelu Lukaku Premyer Liqanın son iki oyununda iştirak etməyəcək. Apasport.az saytının məlumatına görə, buna səbəb belçikalı forvardın zədələnməsidi.
Bu üzdən o, Premyer Liqanın XXXI turundan təxirə salınmış “Vest Hem” (10 may) və XXXVIII turun “Uotford”la (13 may) görüşlərini buraxacaq. Ancaq 24 yaşlı futbolçunun mayın 19-da “Çelsi” ilə keçiriləcək İngiltərə Kubokunun final qarşılaşmasına yetişmək ehtimalı az da olsa qalır.
Qeyd edək ki, cari mövsümdə Premyer Liqada 16 qol vuran Romelu Lukaku “Mançester Yunayted”in bombardiridi.
0
0