“Sumqayıt”ın tarixində ən məhsuldar futbolçu olan Amil Yunanov yubiley qoluna imza atıb. Apasport.az saytı xəbər verir ki, hücumçu komandasının heyətində 25-ci çempionat qolunu vurub.
Bu, XVIII turun “Qarabağ”la görüşünə (1:1) təsadüf edib. Matçda hesabı açan Amil “Sumqayıt”ın heyətində 65-ci matçda 25-ci dəfə fərqlənib. Futbolçu 2015/16 mövsümündə 12, 2016/17 mövsümündə 6, cari çempionatda isə 7 dəfə qol sevinci yaşayıb. Onun orta məhsuldarlığı 0,38-ə bərabərdi.
Qeyd edək ki, Amil Yunanov Premyer Liqada ümumilikdə 26 qol vurub. O, ilk qolunu 2011/12 mövsümündə “Qəbələ”nin heyətində rəqib qapısından keçirib.
- Tuxeldən sürpriz qərar – 16 yaşlı “Arsenal”lı İngiltərə millisinə qoşula bilər
- “Qalatasaray”a Osimhen müjdəsi – Qayıdacağı tarix bəlli oldu
- “Mançester Yunayted” Premyer Liqadan müdafiəçi seçdi
- “Mançester Yunayted” Premyer Liqada sonuncudur – Şok statistika
- Zidan Fransa millisində ilk məşqini keçirdi – Debüt Türkiyəyə qarşı olacaq