[b]Bombardirə göz dəydi[/b]
29.12.2017 - 21:18
[b]Bombardirə göz dəydi[/b]

“Tottenhem” ciddi itki ilə üz-üzə qalıb. Apasport.az saytının məlumatına görə, London klubunun hücumçusu Harri Keyn xəstələnib.

 

Yerli mətbuatda çıxan xəbərlərdə İngiltərə millisinin hücumçusunun qrip infeksiyasına yoluxduğu və bugünkü məşqi buraxdığı qeyd olunub.

 

Baş məşqçi Maurisio Poketinno məşqi izləyən jurnalistlərə açıqlamasında futbolçunun evdə olduğunu və həkim tərəfindən müayinə olunduğunu deyib. Argentinalı çalışdırıcı Keynin qarşıdakı “Suonsi” ilə matça yetişib-yetişməyəcəyinin qeyri-müəyyən olduğunu bildirib.

 

Son iki matçda het-triklə yadda qalan və 2017-ci ilin ən çox qol vuran oyunçusu olan hücumçunun xəstələnməsi ingilis azarkeşlər tərəfindən sosial şəbəkədə geniş müzakirə olunub. Bəzi fanatlar zarafatla onun nəzərə gəldiyini deyiblər.

 

Qeyd edək ki, “Suonsi” – “Tottenhem” matçı yanvarın 2-də keçiriləcək.