“Vaqif Sadıqovun sədr təyin edildiyini sizdən eşidirəm. Bu gün başım bir az qarışıq olub deyə, xəbərim yox idi”. Bu sözləri apasport.az saytına açıqlamasında Böyükağa Hacıyev deyib.
Vaqif Sadıqovun Məşqçilər Komitəsinin sədri təyin olunmasına toxunan təcrübəli mütəxəssis bunları əlavə edib: “Mən ona dəstəyəm. Pro kateqoriyalı məşqçidi. Vaqifin də təcrübəsi az deyil, həm də enerjilidi. Bir də ki, kimin sədr seçilməsinin mənim üçün fərqi yoxdu. Elə adam olsun ki, sözünü deyə bilsin. İnanıram ki, Vaqif deyə biləcək. Amma bir daha vurğulayıram ki, sədrin kimliyi önəmli deyil. Məşqçilər Komitəsi cəmi 4 nəfərdən ibarətdi. Bütün məsələlərdə ortaq məxrəcə gəlməliyik”.
Hacıyev “Təklif gəlsəydi, sədrliyə razı olardızmı” sualına isə belə cavab verib: “Yox. Çünki mənim başımı qaşımağa vaxtım yoxdu”.
- “Göztəpə”dən gürcüstanlı qapıçısı ilə bağlı qərar - komandadan ayrı məşq edəcək
- Messi İspaniyada ikinci klubunu almağa hazırlaşır
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı
- "Beşiktaş"dan ayrıldı, Bolqarıstanda çıxış edəcək