[b]Böyükağa Hacıyev Azərbaycanı tərk edir[/b]
13.07.2015 - 12:27
[b]Böyükağa Hacıyev Azərbaycanı tərk edir[/b]

Məşqçilər Komitəsinin üzvləri Avrokubokda mübarizəni davam etdirən klublarımızın oyunlarını canlı izləyəcəklər. Apasport.az saytının məlumatına görə, komitənin sədri Vaqif Sadıqovdan fərqli, digər mütəxəssislər iş başında olacaqlar.

 

Avropa Liqasının ilk mərhələsində “Laçi”ni mübarizədən kənarlaşdıran “İnter”in “Hafnarfyordur”la səfər görüşünə Böyükağa Hacıyev təyinat alıb. O, paytaxt klubu ilə birlikdə İslandiyaya yollanacaq.

 

Serbiyada “Çukariçki” ilə üz-üzə gələcək “Qəbələ”nin səfər qarşılaşmasını Şakir Qəribov izləyəcək.

 

Ölkəmizi Çempionlar Liqasında təmsil edəcək “Qarabağ”ın “Rudar”la ev matçında isə komitənin digər üzvü Ağasəlim Mircavadov qeydlərini götürəcək.