[b]Braziliyada maraqlı faktlar: T hərfi, qırmızı işıq, prezervativ və “OK”[/b]
12.06.2014 - 12:35
[b]Braziliyada maraqlı faktlar: T hərfi, qırmızı işıq, prezervativ və “OK”[/b]

Bütün dünya səbirsizliklə bu gün Braziliyada keçiriləcək dünya çempionatının açılışını gözləyir. Bu ölkə ilə bağlı ən maraqlı faktlar nədir? Apasport.az saytı xarici mətbuata istinadən bu faktları təqdim edir:

 

- Braziliyada rəsmi din yoxdur, əhalinin 73 faizi katoliklərdir.

 

 

- Braziliyanın hər bir şəhərində ən azı bir futbol stadionu var.

 

- Ölkədə 5 milyon avtomobil bioloji yanacaqla işləyir.

 

- Braziliyada “T” hərfli – transseksuallar üçün nəzərdə tutulan ayaqyolular var.

 

 

- Ən gənc braziliyalı məktəblilər süd dişlərini məktəbə verirlər, buradan onları stomatoloji klinikalara dişlərini itirən yaşlılara protez hazırlamaq üçün verirlər.

 

 

- “OK” jesti braziliyalılar üçün təhqiredici sayılır: bu sən “0”san deməkdir.

 

- Saat 22:00-dan səhər saat 5:00-dək Rioda sürücülər qırmızı işıqdan keçə bilərlər. Bu, soyğunçuluğun sayını azaltmaq üçün edilir.

 

 

- Braziliya prezervativlərin satışına görə rekordçudur, ənənəvi karnavallar zamanı prezervativ satışı pik həddə çatır.

 

 

modern.az

0