[b]Budaq Nəsirov qələbədə iştirak etdi[/b]
06.11.2017 - 00:22
Futbol üzrə Portuqaliya sequndasında XIII tura yekun vurulub. Apasport.az saytının məlumatına görə, azərbaycanlı futbolçu Budaq Nəsirovun şərəfini qoruduğu “Sportinq”in B komandası da növbəti matçına çıxıb.
Sözügedən kollektiv doğma meydanda “Oliveyrense” ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb – 2:0.
Nəsirov da bu matçın iştirakçısı olub. O, görüşün 79-cu dəqiqəsində meydana buraxılıb.
Qeyd edək ki, “Sportinq” hazırda 18 xalla 20 klub arasında 9-cu pillədə qərarlaşıb.
- Ertuğrul Doğandan mərc ittihamlarına cavab: “Bu, hamı üçün dərs olsun”
- Türkiyə futbolunda mərc skandalı - “Trabzonspor”un prezidenti də siyahıda
- “Roma” Messinin vida matçına iki futbolçusunu buraxmadı
- “Tottenhem” və “Aston Villa” 20 yaşlı argentinalının izində
- “Qalatasaray” milli fasilədə yoxlama matçı keçirəcək
0
0