“Yuventus”un qapıçısı Canluici Buffon Harri Keyn haqqında xoş sözlər səsləndirib. Apasport.az saytının məlumatına görə, əfsanəvi qapıçı ingilis hücumçunu qarşı-qarşıya oynadığı ən yaxşı hücumçulardan biri olaraq gördüyünü deyib.
O, Keynin doğuşdan istedadlı olduğunu vurğulayıb: “Qol vurmaq instinkti doğuşdan var olan bir istedaddır. Mən Ronaldo, Kristiano Ronaldo, Messi, İnzaqi, Batistuta kimi hücumçulara qarşı oynamışam. Onların hamısında qapıçını həqiqətən də təlaşlandıran bir istedad mövcuddu ki, həmin xüsusiyyət Keyndə də var. Bütün karyeram boyu ən yaxşılara qarşı çıxış etməkdən çəkinməmişəm. Mən onlardan qorxmuram, əksinə bundan ləzzət alıram”.
Qeyd edək ki, Çempionlar Liqasının 1/8 final mərhələsində “Yuventus”la “Tottenhem”, dolayısı ilə Buffonla Keyn qarşılaşacaqlar.