[b]Buffon mini yarıladı[/b]
10.02.2018 - 00:22
[b]Buffon mini yarıladı[/b]

İtaliya A seriyasının 24-cü turu çərçivəsində keçirilən “Fiorentina” – “Yuventus” matçı Canluici Buffon üçün əlamətdar olub. Apasport.az saytının məlumatına görə, Turin klubunun əfsanəvi qapıçısı doğma komandasında yubiley oyununa çıxıb.

 

Belə ki, “Fiorentina” ilə qarşılaşmada Buffon A seriyasında 500-cü dəfə forma geyinib.

 

Qeyd edək ki, hazırda ilk hissəsi davam edən oyunda hesab açılmayıb.