[b]Cabbarovun 10-cu oyunu[/b]
19.02.2016 - 12:19
[b]Cabbarovun 10-cu oyunu[/b]

Topaz Premyer Liqasının XXII turunun “Qarabağ”la “Neftçi” arasında mərkəzi oyununu idarə edəcək Rauf Cabbarov mövsümdə 10-cu çempionat matçına çıxacaq. Apasport.az saytının məlumatına görə, ədalət təmsilçisinin əvvəlki 9 oyununda 5 dəfə meydan sahibi, 3 dəfə qonaq komanda qalib gəlib.

 

Digər qarşılaşmada isə güclü müəyyənləşməyib. Öz meydanında oynayan komandalar top fərqində üstündü – 9:8. Onları 2 qırmızı vərəqə və 1 penalti ilə cəzalandıran Cabbarov qonaqların da qapısına bir dəfə 11 metrlik cərimə zərbəsi təyin edib. Ümumi vərəqə sayında isə meydan sahibləri bu hakimdən daha az cəza alıb – 24:30.

 

Ədalət təmsilçisi “Neftçi” və “Qarabağ”ın hərəsinin 1 oyununda da baş hakim olub. Sonuncular XII turda “Xəzər Lənkəran”la səfər matçında 1 qolla qalib gəlib. Bu görüşdə referi ağdamlıları 2 sarı vərəqə ilə cəzalandırıb.

 

“Neftçi” isə “Sumqayıt”ı rəqib meydanında 2:1 hesabı ilə keçib. Bakılıların qollardan birini Cabbarovun təyin etdiyi penaltidən sonra vurub. O, “ağ-qaralar”a 6, rəqibinə 3 vərəqə göstərib.