[b]Cahangir Həsənzadə autsayderlə danışıqlar aparır[/b]
07.01.2015 - 11:30
[b]Cahangir Həsənzadə autsayderlə danışıqlar aparır[/b]

“Xəzər Lənkəran”la yolları ayrılan Cahangir Həsənzadənin işsiz günləri çox çəkməyə bilər. Apasport.az saytının məlumatına görə, təcrübəli qapıçının karyerasını Topaz Premyer Liqasının autsayderi “Bakı”da davam etdirmək variantı var.

 

Paytaxt klubundan təklif alan Həsənzadə hələ ki, qarşı tərəfə cavab verməyib. Düşünmək üçün vaxt istəyən Cahangiri “zolaqlılar”ın maddi durumu narahat edir. Bu səbəbdən də Həsənzadə tələsmək istəmir. Əgər başqa klubdan təklif gəlməsə, 35 yaşlı qolkiper “Bakı”ya keçməyə razılıq verəcək.

 

1998-2007-ci illərdə milli komandanın da şərəfini qoruyan Həsənzadə karyerası ərzində “Xəzər Lənkəran”dan əlavə, “Neftçi”, “Şəfa”, “Volın”, “Tavriya” (hər ikisi Ukrayna), “Qarabağ”, “İnter”, “Qəbələ” və AZAL klublarında da çıxış edib.