Çempionlar Liqasının 2015/16 mövsümündə iştirak edəcək 11 klubun adı məlumdu. Apasport.az saytının məlumatına görə, onlardan ikisi I, doqquzu II təsnifat mərhələsindən mübarizəyə başlayacaq.
İlkin oyunlarda çıxış edəcək 8 ən aşağı reytinqli ölkələrin çempionlarından ikisi bəllidi. Bunlar Farer adalarının B36, Estoniyanın “Levadiya” klublarıdı.
Digər 9 çempion isə yarışa II təsnifat mərhələsindən başlayacaq 30 ölkə təmsilçiləri sırasında yer alıb. Azərbaycan çempionunun da bu mərhələdə oynayacağını nəzərə alsaq, bu komandaları potensial rəqiblərimiz hesab etmək olar.
Bunlar “Dandalk” (İrlandiya), “Jalgiris” (Litva), “Ventspils” (Latviya), “Styarnan” (İslandiya), HİK (Finlandiya), “Astana” (Qazaxıstan), “Molde” (Norveç), “Malmö” (İsveç), BATE (Belarus) klublarıdı.
- “Qalatasaray” 30 milyon avroluq transferi niyə baş tutmayıb?
- “Göztəpə”dən gürcüstanlı qapıçısı ilə bağlı qərar - komandadan ayrı məşq edəcək
- Messi İspaniyada ikinci klubunu almağa hazırlaşır
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı