[b]Çempionlar Liqası tarixinin ən çox xal toplayan komandası hansıdı?[/b]
24.09.2015 - 00:13
[b]Çempionlar Liqası tarixinin ən çox xal toplayan komandası hansıdı?[/b]

Avropanın ən nüfuzlu klub turniri olan Çempionlar Liqası 60 ildir ki, təşkil olunur. Apasport.az saytının məlumatına görə, turnirin tarixi ərzində ən çox xal toplamış komandaların sıralaması açıqlanıb.

 

İspaniya nəhəngi “Real” keçirdiyi 384 oyunda topladığı 520 xalla ilk pillədə qərarlaşıb. İkinci yer 403 xalla (299 oyun) “Bavariya”ya, üçüncülük isə “Barselona”ya (uyğun olaraq 373; 268) məxsusdu.

 

Postsovet məkanı ölkələrindən Kiyev “Dinamo”su 226 xalla (211 oyun) 11.ci sırada yer alıb.

 

Türk klubları “Qalatasaray” 148 xalla (157 oyun) 19-cu, “Fənərbaxça” isə 80 xalla (99 oyun) 44-cü pillədə qərarlaşıb.

 

İlk onluğu təqdim edirik.

 

  1. “Real” – 520 xal (384 oyun)
  2. “Bavariya” – 403 (299)
  3. “Barselona” – 373 (268)
  4. “Mançester Yunayted” – 344 (253)
  5. “Milan” – 314 (249)
  6. “Yuventus” – 284 (230)
  7. “Benfika” – 251 (218)
  8. “Liverpul” – 241 (181)
  9. “Porto” – 236 (209)
  10. “Arsenal” – 229 (185)