[b]Çempionlar Liqasında 7-ci[/b]
25.11.2017 - 11:44
[b]Çempionlar Liqasında 7-ci[/b]

Çempionlar Liqasının qrup mərhələsinin tamaşaçı sayı ilə bağlı göstəriciləri açıqlanıb. Apasport.az saytının məlumatına görə, arxada qalan 5 turda baş tutan 80 qarşılaşmanı 3 milyon 440 min 699 tamaşaçı izləyib.

 

Orta hesabla hər matçda 43 min 9 nəfər qeydə alınıb. Qitənin ən nüfuzlu klub turnirində çıxış edən 32 komandadan 16-sı üç, 16-sı iki ev oyunu keçirib.

 

Düzdü, tamaşaçı sayı nisbi anlayışdı və stadionların tutumu, göstəricinin hansı yolla əldə olunması həlledici amillərdəndi. Amma klubların orta tamaşaçı sayı yenə böyük maraq doğurur. Bu göstəricilərə nəzər salsaq, “Tottenhem” Çempionlar Liqasının 1-cisidi. İngiltərə klubunun hər ev matçına orta hesabla 75 mindən çox seyrçi toplaşır.

 

Digər İngiltərə klubu “Mançester Yunayted” liderdən 1417 azarkeş geri qalır. 3-cü olan “Real” və “dördlük”də yer alan “Bavariya” da 70 min həddini adlayıb. Lakin liderlərin hamısı öz meydanında iki oyun keçirdiyindən son turda hər şey dəyişə bilər.

 

Azərbaycan çempionu “Qarabağ” turnirin əsas mərhələsinin debütantı olsa da, ön sıralarda yer alıb. Təmsilçimiz Bakı Olimpiya Stadionunda keçirdiyi 3 qarşılaşmada tribunalara 182 min 223 tamaşaçı toplamağa müvəffəq olub. Bu da orta hesabla hər matçda 60 min 741 seyrçi deməkdi.

 

“Qarabağ” bu göstərici ilə Çempionlar Liqasında 7-cidi. 70 mini keçən 4 liderdən başqa “Barselona” və Dortmund “Borussiya”sı da Ağdam klubundan öndə qərarlaşıb.

 

Çempionlar Liqasının 7-cisi olan “Qarabağ” digər nəhəngləri qabaqlayır. Ağdam klubu həm də çıxış etdiyi C qrupunda hamını qabaqlayır. “Atletiko”, “Çelsi” və “Roma” siyahıda çempionumuza aşağıdan yuxarı baxmaq məcburiyyətindədi.

 

Qeyd edək ki, cədvəlin sonuncu pilləsində “Monako” yer alıb.

 

yer

komanda

tamaşaçı

oyun

orta hesabla

1

Tottenhem

151 125

2

75 563

2

Mançester Yunayted

148 291

2

74 146

3

Real

147 649

2

73 825

4

Bavariya

140 000

2

70 000

5

Barselona

133 682

2

66 841

6

Borussiya D

196 207

3

65 402

7

Qarabağ

182 223

3

60 741

8

Seltik

115 831

2

57 916

9

Atletiko

172 789

3

57 596

10

Liverpul

100 289

2

50 145

11

Benfika

96 007

2

48 004

12

Sportinq

139 545

3

46 515

13

PSJ

138 943

3

46 314

14

Mançester Siti

137 378

3

45 793

15

Roma

91 100

2

45 550

16

Spartak

130 603

3

43 534

17

Feyenoord

87 000

2

43 500

18

Porto

84 045

2

42 023

19

Çelsi

82 255

2

41 128

20

Leypsiq

81 564

2

40 782

21

Beşiktaş

112 906

3

37 635

22

Sevilya

112 202

3

37 401

23

Yuventus

110 624

3

36 875

24

Bazel

103 414

3

34 471

25

Olimpiakos

61 768

2

30 884

26

Şaxtyor

57 249

2

28 625

27

MOİK

84 778

3

28 259

28

Napoli

77 633

3

25 878

29

Anderlext

58 759

3

19 586

30

APOEL

51 633

3

17 211

31

Maribor

25 072

2

12 536

32

Monako

28 135

3

9 378

Cəmi

 

3 440 699

80

43 009

 

0