[b]Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu bəlli oldu[/b]
29.09.2017 - 16:48
[b]Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu bəlli oldu[/b]

Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusunun adı açıqlanıb. Apasport.az UEFA-nın saytına istinadən xəbər verir ki, Madrid “Real”ının hücumçusu Kriştianu Ronaldo həmkarlarını qabaqlayıb.

 

Dortmund “Borussiya”sı ilə qarşılaşmada iştirak edən Ronaldo dublla yadda qalmışdı. O, vurduğu 2 qolla komandasının 3:1 hesablı səfər qələbəsində mühüm rol oynamışdı.

 

Qeyd edək ki, Kriştianu Ronaldo 2009-cu ildən “Real”ın formasını geyinir.