Çempionlar Liqasında 1/8 final mərhələsinin ilk 4 oyunundan sonra həftənin ən yaxşı futbolçusu açıqlanıb. Apasport.az-ın UEFA-nın rəsmi saytına istinadən məlumatına görə, "Real"ın hücumçusu Kriştianu Ronaldo keçirilən səsvermədə hamıdan çox xal toplayıb.
"Roma" ilə səfər qarşılaşmasında 1 qol vuraraq "kral klubu"nun 2:0 hesablı qələbəsinə töhvə verən portuqaliyalı 41 faiz səslə həftənin ən yaxşı oyunçusu adına layiq görülüb. Səsvermənin nəticələrinə görə, növbəti yerləri müvafiq olaraq, Conas ("Benfika"), Yulian Draksler ("Volfsburq") və Kevin Trapp (PSJ) tutublar.
UEFA həmçinin 1/8 final mərhələsinin ilk 4 oyununun simvolik komandasını da açıqlayıb. Həmin heyət belədi: Kevin Trapp (PSJ) - Antonio Rudiger ("Roma"), Hari Keyhill ("Çelsi"), Rafael Varan, Marselo (hər ikisi "Real") - Villian ("Çelsi"), Renato Sançes ("Benfika"), Yulian Draksler ("Volfsburq") - Maks Kruz ("Volfsburq"), Conas ("Benfika"), Kriştianu Ronaldo ("Real").
- Yoxlama matçı: "Qalatasaray" 0:3-dən geri döndü
- İngiltərə Futbol Assosiasiyasından “Mançester Siti” açıqlaması: “Lazım gələrsə, tədbir görəcəyik”
- “Qalatasaray”da Lemina sevinci – Komanda ilə məşqlərə başladı
- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”
- Leao Ronaldonun “7” nömrəsindən danışdı: “O, uşaqlıq kumirimdir”