[b]Çempionlar Liqasının finalı Kiyevdə[/b]
15.09.2016 - 12:20
[b]Çempionlar Liqasının finalı Kiyevdə[/b]

2018-ci ildə Çempionlar Liqasının final matçının hansı ölkədə keçiriləcəyinə aydınlıq gəlib. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, UEFA həlledici görüşü Ukraynaya verib.

 

Bunu Ukraynanın prezidenti Pyotr Poroşenko yerli mətbuata açıqlamasında təsdiqləyib. O bildirib ki, 2018-ci ilin final qarşılaşması Kiyevdə oynanılacaq: “Bu, bütün ölkə, xüsusən də, futbol azarkeşlərimiz üçün möhtəşəm xəbərdi. Əminəm ki, biz final görüşünün təşkilatçılığını yüksək səviyyədə həyata keçirəcəyik”.

 

Qeyd edək ki, Çempionlar Liqasında cari mövsümün finalı Uelsin Kardiff şəhərində, “Millennium” stadionunda keçiriləcək.