[b]Cerrard “Liverpul”dan ayrılır?![/b]
02.01.2015 - 11:09
“Liverpul”un kapitanı Stiven Cerrard doğma klubunu tərk etmək istəyir. Apasport.az saytının məlumatına görə, “mersisaydlılar”la müqaviləsinin müddəti yayda bitəcək təcrübəli yarımmüdafiəçi ABŞ-a köçmək fikrindədi.
Cerrard qərarı ilə bağlı rəsmi açıqlama verməsə də, İngiltərə mətbuatı onun “Liverpul”dan ayrılmaq variantının real olduğunu yazır. 34 yaşlı futbolçu ilə “Los-Anceles Qalaksi” uzun müddətdi ki, maraqlanır.
Qeyd edək ki, “Liverpul”un yetirməsi olan Cerrard karyerası ərzində hələlik başqa klubun formasını geyinməyib.
- Yoxlama matçı: "Qalatasaray" 0:3-dən geri döndü
- İngiltərə Futbol Assosiasiyasından “Mançester Siti” açıqlaması: “Lazım gələrsə, tədbir görəcəyik”
- “Qalatasaray”da Lemina sevinci – Komanda ilə məşqlərə başladı
- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”
- Leao Ronaldonun “7” nömrəsindən danışdı: “O, uşaqlıq kumirimdir”
0
0