[b]Çexiyalı futbolçu “Simurq”dan ayrıldı[/b]
09.12.2014 - 22:00
[b]Çexiyalı futbolçu “Simurq”dan ayrıldı[/b]

“Simurq” çexiyalı futbolçusu Lukas Tresnakla müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verib. Apasport.az saytının məlumatına görə, mövsümün əvvəlində transfer olunan 26 yaşlı hücumçu Zaqatala təmsilçisinin heyətində Topaz Premye Liqasında 8 qarşılaşmada, 166 dəqiqə meydanda olub.

 

Komanda Lukas Tresnaka xidmətlərinə görə təşəkkür edib, ona gələcək karyerasında uğurlar arzulayıb.