[b]Cihan Özkaranın sabiq baş məşqçisi özünə yeni iş tapdı[/b]
02.01.2015 - 23:17
[b]Cihan Özkaranın sabiq baş məşqçisi özünə yeni iş tapdı[/b]

Bir müddət əvvəl millimizin hücumçusu Cihan Özkaranın şərəfini qoruduğu "Sivasspor"un baş məşqçi postundan istefa verən Roberto Karolusun işsiz günləri başa çatıb. Apasport.az saytının məlumatına görə, braziliyalı mütəxəssisin yeni klubu bəlli olub.

 

41 yaşlı çalışdırıcı digər Türkiyə Supeliqası təmsilçisi "Akhisar BB" ilə anlaşıb.

 

Bu barədə yerli mətbuata klub prezidenti Hüseyn Əryüksel məlumat verib. O bildirib ki, Karlosla 1.5 illik müqavilə imzalıblar. Onun gələn həftənin 4-cü günü Türkiyəyə gələcəyi gözlənilir.

 

Qeyd edək ki, daha əvvəl "Akhisar BB"ni Mustafa Rəşit Akçay çalışdırırdı.