“Land of fire Azerbaijan” formalı “Atletiko” daha bir sponsorluq müqaviləsi bağlayıb. Apasport.az xəbər verir ki, Çinin “Dalyan Vanda” şirkəti artıq Madrid klubu ilə əməkdaşlığa başlayıb.
Şirkətin sahibi Van Cyanlin “Atletiko”nun səhmlərinin 20 faizini satın alıb. Bunun müqabilində madridlilərin büdcəsi 52 milyon dollar artıb. Müqavilənin şərtlərinə görə, klub Çində 3 futbol məktəbi açmalı, şirkətlə bir neçə layihədə iştirak etməli, eyni zamanda bu il Çinə səfər etməlidi.
Bundan əlavə, Madriddə Çin futboluna dəstək məqsədilə 34 milyon dollar ayrılacaq. Bu layihə çərçivəsində 2017-ci ilə qədər 180 perspektivli gənc çinli futbolçu İspaniyada təlim keçəcək.