Sloveniyanın Koper şəhərində cüdo üzrə yeniyetmələrin Avropa kuboku yarışına start verilib. Apasport.az saytının məlumatına görə, yarışın ilk günü Azərbaycan milli komandası üçün uğurlu olub.
Belə ki, yeniyetmə cüdoçularımız 4 medal qazanıblar.
Qitə yarışında ölkəmizi təmsil edən Azər Məmmədov (50 kq) və Nəriman Mirzəyev (60 kq) bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.
Aqşin Baxşəliyev gümüş, Kamran Süleymanov (hər ikisi 50 kq) isə bürünc medal qazanıb.
İlk günün nəticəsinə görə Azərbaycan milli komandası ümumi medal hesabında 1-ci pillədə qərarlaşıb.
Qeyd edək ki, 17 ölkədən 230 idmançının (153 oğlani, 77 qız) mübarizə apardığı mötəbər birincilikdə Azərbaycan milli komandası 15 oğlan cüdoçu ilə təmsil olunur.
- A Seriyasında ayın ən yaxşı oyunçusu bəlli olub
- Nasser çağırdı, 138 üzv səs verdi: Dursun Özbek idarə heyətinə seçildi
- Sanço qərarını verdi – Yeni klub üçün qışa qədər gözləyəcək
- 15 klub razılaşsa, “Mançester Siti” Premyer Liqadan gedəcək
- Sanki Ronaldonun gedişini gözləyirdilər – “7 nömrə” Leaoya verildi