[b]Cüneyt Çakır həvəskarlar liqasına göndərildi[/b]
17.02.2016 - 11:56
[b]Cüneyt Çakır həvəskarlar liqasına göndərildi[/b]

Son illər Avropanın ən güclü hakimləri arasında göstərilən Cüneyt Çakır sürpriz təyinat alıb. Apasport.az saytının Türkiyə mətbuatına istinadən məlumatına görə, qonşu ölkənin futbol federasiyası FİFA referisini həvəskarlar liqasına göndərib.

 

Belə ki, o, “Beyközspor” – “Küçükköyspor” matçında ədalət təmsilçisi olacaq. Bu qarşılaşma hər iki tərəf üçün də həyati əhəmiyyət kəsb edir. 50 xalla 3-cü pillədə yer alan “Beyközspor”un öz meydanında qələbə qazanmaqdan başqa yolu yoxdu. 53 xalla 2-ci olan “Küçükköyspor”a isə qrupdan çıxmaq üçün 1 xal da bəs edir.

 

Türkiyə mətbuatı həvəskarlar liqasına təyinat alan Çakırı federasiyanın qoruduğunu düşünür. Belə ki, həmkarlarımız 40 yaşlı referinin Superliqanın gələn həftəsonu keçiriləcək “Fənərbaxça” – “Beşiktaş” matçına saxlanıldığını iddia ediblər.

 

Maraqlıdı ki, “Beyközspor”lə “Küçükköyspor” arasında az qala düşmənlik münasibəti var. Bu səbəbdən də adıçəkilən komandaların matçlarında qonaq komandanın azarkeşləri stadiona buraxılmır.