[b]Cüneyt Çakır Azərbaycan - Makedoniya oyununa təyinat aldı[/b]
24.03.2018 - 19:56
[b]Cüneyt Çakır Azərbaycan - Makedoniya oyununa təyinat aldı[/b]

Azərbaycan millisinin Makedoniya ilə keçirəcəyi yoldaşlıq görüşünə daha iki hakim təyinat alıb. Apasport.az saytının Türkiyə mətbuatına istinadən məlumatına görə, martın 27-də baş tutacaq qarşılaşmada videotəkrara (VAR) baxacaq referilər müəyyənləşib.

 

Belə ki, "Mərdan" stadionunda oynanılacaq görüşdə video köməkçi hakim funksiyasını dünyanın sayılıb-seçilən referilərindən olan Cüneyt Çakır və Hüseyin Göçek yerinə yetirəcəklər.

 

Qeyd edək ki, martın 27-də, Bakı vaxtı ilə saat 20:00-da start götürəcək Azərbaycan - Makedoniya oyununu türkiyəli Halis Özkahya idarə edəcək.