[b]Daha 2 futbolçu “Qarabağ”dan ayrıldı[/b]
11.01.2016 - 20:00
[b]Daha 2 futbolçu “Qarabağ”dan ayrıldı[/b]

"Qarabağ" daha iki gənc futbolçusunu icarəyə verib. Apasport.az saytının məlumatına görə, Türkiyənin Antalya şəhərində qış-təlim məşq toplanışında olan komanda hazırlıqlar ərəfəsində Vüqar Mustafayev və Namiq Ələsgərovu icarəyə verib.

 

Gənc oyunçular müvafiq olaraq "Zirə" və "Kəpəz"in düşərgəsinə göndərilib.

 

Adıçəkilən futbolçular daha çox oyun praktikası qazamaq üçün bu mövsümün sonuna qədər yeni komandalarında çıxışedəcəklər.

(klub saytı)