“Qarabağ” Dino Ndlovudan sonra daha bir futbolçusu ilə yollarını ayıra bilər. Apasport.az saytının İsveç mətbuatına istinadən məlumatına görə, yarımmüdafiəçi Tarik Elyunussi karyerasını bu ölkədə davam etdirməyə yaxındı.
Mövsümün əvvəlində “Olimpiakos”dan icarəyə götürülən və ümidləri doğrultmayan Norveç millisinin üzvü AİK klubunun maraq dairəsindədi. Yeni mövsüm öncəsi heyətində ciddi dəyişikliklər etməyi planlaşdıran Stokholm təmsilçisinin transfer hədəfindəki bir nömrəli futbolçu məhz Elyunussidi.
İsveç mətbuatı əsas heyətə düşə bilmədiyi üçün “Qarabağ”ın onunla yollarını ayırmağa hazır olduğunu vurğulayıb. Lakin bu məsələdə əsas söz sahibi futbolçunun müqavilə ilə məxsus olduğu “Olimpiakos” klubudu. AİK 30 yaşlı yarımmüdafiəçini birdəfəlik transfer etmək niyyətindədi. İsveçlilər onu həm yarımmüdafiə, həm də hücum xəttində oynatmağı planlaşdırırlar. Bu məqsədlə yunanlarla danışıqlara artıq start verilib.
Qeyd edək ki, Tarik Elyunussi cari mövsümdə “Qarabağ”ın heyətində 8 oyunda (4 çempionat, 1 kuboku, 3 Çempionlar Liqası) meydana çıxıb.
- İlin ən yaxşı məşqçisi seçilib - Qvardiola 3-cü olub
- Joze Mourinyo hakimlik haqda: ”Belə bir şey görməmişəm”
- Arda Turan "Beşiktaş"a keçidi ilə bağlı: “Həmişə Qalatasaray”lı olduğumu söyləmişəm”
- Duşan Tadiç: "Kişi kimi məsuliyyəti boynumuza götürməliyik"
- “Ankaragücü” baş məşqçisi ilə yollarını ayırıb