[b]Daha bir ukraynalı futbolçu Azərbaycanda çıxış edə bilər[/b]
27.12.2015 - 20:37
[b]Daha bir ukraynalı futbolçu Azərbaycanda çıxış edə bilər[/b]

Ölkəmizdə çıxış edən ukraynalı futbolçulara daha bir nəfər qoşula bilər. Apasport.az saytının ukrayna məlumatına istinadən məlumatına görə, “Aleksandriya” ilə yollarını ayıran Anton Qalenkov mümkün yeni iş yerləri arasında Azərbaycanın da olacağını deyib.

 

“Bəli, mən iş yerimi dəyişəcəm. Ailəmə daha yaxın olmaq, onlarla vaxt keçirmək istəyirəm. Agentimə tapşırmışam bu işlərlə məşğul olsun. Hələlik deyə bilmərəm ki, karyeramı harda davam etdirəcəm. Ola bilsin ki Azərbaycanda, ya da Qazaxıstanda və ya başqa bir yerdə. Bu yaxınlarda hər şey bəlli olacaq”.