[b]Danilo Dias tarixə düşdü[/b]
23.07.2014 - 14:33
[b]Danilo Dias tarixə düşdü[/b]

“Qarabağ”ın yeni transferi Danilo Dias tarixə düşüb. Apasport.az saytının məlumatına görə, braziliyalı hücumameylli yarımmüdafiəçi Azərbaycan klublarının Çempionlar Liqasında vurduğu 40-cı qolun müəllifi olub.

 

Maltanın “Valletta” klubu ilə II təsnifat mərhələsinin cavab oyununda (4:0) komandasının 3-cü qolunu vuran Danilo özünün yeni komandasında qol hesabını da açıb. Matçdakı sonuncu qol isə təmsilçilərimizin Çempionlar Liqasının 44 matçındakı topların sayını 41-ə çatdırıb.

 

Qeyd edək ki, Çempionlar Liqasında Azərbaycan klublarının vurduğu ilk qol düz 16 il əvvələ təsadüf edib. 1998-ci il iyulun 22-də “Kəpəz”in LKS-lə Polşadakı oyununda (4:1) Imamyar Swleymanovun qolu ilk olmuşdu.

 

0