[b]David Luis “Çelsi”dən ayrılır?[/b]
17.11.2017 - 13:21
[b]David Luis “Çelsi”dən ayrılır?[/b]

“Mançester Yunayted” qışda heyətini gücləndirmək niyyətindədi. Apasport.az saytı “Express” nəşrinə istinadən xəbər verir ki, “mankunianlar”ın transfer hədəfi “Çelsi”nin braziliyalı müdafiəçisi David Luisdi.

 

Baş məşqçi Joze Mourinyo rəhbərliklə söhbətində sabiq yetirməsinin alınmasını tələb edib. O, Luisin transferi ilə müdafiə xəttinin daha yaxşı çıxış edəcəyini bildirib. Bundan sonra hərəkətə keçən “qırmızı şeytanlar” qarşı tərəflə danışıqlara start veriblər.

 

Qeyd edək ki, 2011-2014-cü illərdə “Çelsi”də oynadıqdan sonra PSJ-yə keçən David Luis ötən il yenidən London klubuna qayıdıb.