[b]David Luiz uğrunda mübarizə[/b]
19.12.2017 - 13:13
[b]David Luiz uğrunda mübarizə[/b]

“Çelsi”nin müdafiəçisi David Luizlə maraqlanan klubların sayı artır. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, Braziliya millisinin üzvünə növbəti təklif “Arsenal”dan gəlib.

 

“Bavariya”, “Mançester Yunayted” və “Yuventus”un da gündəmində olan 30 yaşlı oyunçu yanvarda klubunu dəyişmək niyyətindədi. Buna səbəb baş məşqçi Antonio Konte ilə problem yaşadığı üçün əsas heyətə düşə bilməməsidi. Rəqiblərini qabaqlamaq istəyən “Arsenal” vaxt itirmədən “Çelsi” ilə danışıqlara başlayıb. “Topçular” bu transfer üçün qarşı tərəfə 30 milyon funt-sterlinq təklif edib.

 

Qeyd edək ki, David Luiz bu mövsüm Premyer Liqada 8 oyunda meydana çıxıb, 1 qola imza atıb.