[b]Davor Şuker Azərbaycanla oyun barədə danışdı[/b]
08.07.2015 - 13:59
[b]Davor Şuker Azərbaycanla oyun barədə danışdı[/b]

Xorvatiya yığması Avro-2016-nın seçmə mərhələsində Azərbaycana qarşı keçiriləcək oyuna ciddi yanaşır. Bu barədə Xorvatiya Futbol Federasiyasının prezidenti Davor Şuker məlumat verib.

 

Yerli telekanalların birinin qonağı olan Xorvatiya futbolunun canlı əfsanəsi yığmanın hazırkı durumunu dəyərləndirib. Komandanın çıxışından məmnunluq bildirən Şuker həmçinin federasiyanın gördüyü işlərindən də danışıb.

 

O bildirib ki, artıq sabahdan etibarən Azərbaycanla matçın hazırlığına başlayacaqlar: “Federasiya rəsmiləri və məşqçilər korpusu qarşıdakı görüşlərlə bağlı proqram hazırlayıblar. Sabah bir araya gəlib bunu müzakirə edəcək, Azərbaycan və Norveçlə seçmə mərhələ oyununa hazırlığa start verəcəyik. Yığmamızın bu matçlara yaxşı hazırlıq keçməsi üçün əlimizdən gələni edəcəyik. Həmçinin Xorvatiya çempionatında yeni mövsümün başlamasına da iki gün vaxt qalır. Stadionlarımız hazırdı, eləcə də orda oynamaq üçün toplarımız var. Bizim ən böyük biznesimiz budu”.

 

Qeyd edək ki, Xorvatiya yığması sentyabrın 3-də Azərbaycanın, 6-da isə Norveçin qonağı olacaq. 6 turdan sonra Xorvatiya 14 xalla turnir cədvəlində 1-ci, Azərbaycan isə 4 xalla 5-ci sırada qərarlaşıb.