[b]DÇ-2018: Millimiz dördüncü səbətdə?[/b]
07.04.2015 - 09:42
[b]DÇ-2018: Millimiz dördüncü səbətdə?[/b]

2018-ci il dünya çempionatının Avropa zonasının seçmə mərhələsinin püşkatması zamanı komandaların yer alacağı səbətlərin tərkibi ilə bağlı ehtimallar açıqlanıb. Apasport.az saytının məlumatına görə,  AVRO-2016-nın seçmə mərhələsinin son oyunlarından sonra FİFA reytinqində gerçəkləşən dəyişikliklər bu cədvələ də təsir edib.

 

Əgər püşkatmanın səbətləri aprelin 9-da açıqlanacaq FİFA reytinqinə əsasən müəyyənləşsəydi, Azərbaycan millisi 5-ci səbətdə yer alardı. Lakin iyulun 25-də Rusiyanın Sankt-Peterburq şəhərində keçiriləcək püşkatmaya qədər səbətlərin tərkibi dəyişə də bilər. Həmin tədbirdə FİFA-nın iyul reytinqi əsas götürüləcək.

 

Amma yığmamız 5-ci səbətdə qalma ehtimalı ən yüksək olan komandadı. Hesablamalar Robert Prosineçkinin yetirmələrinin burada qalmasını 97,17 faizlə dəyərləndirir. Millimizin ən zəiflərin yer aldığı sonuncu – 6-cı səbətə yuvarlanma ehtimalı isə 2,06 faizə bərabərdi.

 

Püşkatma zamanı 4-cü “9-luq”da yer almağımız da istisna deyil. Millimizin bura düşmək perspektivi 0,77 faizə bərabərdi. Amma bu səbətə düşəcək yığmalardan biri dəqiqdi. Bu da qonşu Türkiyə yığmasıdı.

 

Ümumiyyətlə, Almaniya, Belçika, Hollandiya, Rumıniyanın 1-ci, Andorra ilə San-Marinonun sonuncu səbətdə yer alacağı da artıq indidən bəllidi.