[b]DÇ-2022-nin tarixi açıqlandı[/b]
24.02.2015 - 15:16
2022-ci ildə Qətərdə təşkil ediləcək dünya çempionatının qış aylarında keçiriləcəyi rəsmən təsdiqlənib. Apasport.az saytı xəbər verir ki, 2022-ci ildəki mundialın keçirilmə tarixi artıq açıqlanıb.
FİFA-nın bu gün Doha şəhərində baş tutan iclasında DÇ-2022-nin final mərhələsinin qarşılaşmalarının 26 noyabr – 23 dekabr tarixində keçirilməsi qərara alınıb. Lakin gələn ay FİFA İcraiyyə Komitəsi bu məsələni bir daha müzakirəyə çıxaracaq.
Qeyd edək ki, bununla ilk dəfə dünya çempionatının final mərhələsi qış aylarında keçiriləcək.
0
0