Dünya çempionatlarının final mərhələsində çıxış edəcək komandaların sayının 40-a çatdırılması ilə bağlı bu gün rəsmi qərar qəbul edilə bilər. Apasport.az saytı xarici mətbuata istinadən xəbər verir ki, Sürixdə bir araya gələn FİFA-nın İcraiyyə Komitəsinin üzvləri bu məsələni müzakirə çıxarıblar.
Müzakirələrdən sonra mundial iştirakçılarının sayının 40-a çatdırılması ilə bağlı razılıq əldə olunsa, bu qərar öncə DÇ-2026-ya şamil ediləcək.
Qeyd edək ki, 1934-cü ildən 1978-ci ilə qədər keçirilmiş dünya çempionatlarının final mərhələlərində 16 komanda iştirak edib. 1982-ci ildən etibarən 4 mundialda iştirakçıların sayı 24-ə bərabər olub. DÇ-1998-dən başlayaraq isə dünyanın ən nüfuzlu futbol turnirində 32 komanda iştirak edir.
- Türkiyə futbolunda qalmaqal böyüyür – TFF-dən MHK açıqlaması
- "Sabah" "Qarabağ"ı "Dalğa Arena"da qəbul edəcək
- Braziliyadan Avstraliyaya 4 qol – Ançelottinin komandasından geridönüş
- Avropa nəhəngləri “Porto”nun müdafiəçisi uğrunda mübarizəyə qoşuldu – 65 milyon avro
- Türkiyə futbolunda şok dalğası – MHK sədri Ferhat Gündoğdu saxlanıldı