"Mançester Yunayted"in qapıçısı David De Xeanın durumuna aydınlıq gəlib. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, ispaniyalı qolkiper komandanın bir neçə matçını buraxmalı olacaq.
Avropa Liqasının 1/16 final mərhələsi çərçivəsində dünən "Midtyulland"la (1:2) keçirilən səfər qarşılaşmasından öncəki məşqdə zədələnən De Xea bu gün tibbi müayinədən keçib. Məlum olub ki, ulduz futbolçu sol dizindən xəsarət alıb. Zədəsinin ciddi olmadığı aşkarlansa da, həkimlər sağalması və yenidən bərpa olunması üçün qolkiperin 2 həftə komandadan ayrı qalacağını açıqlayıblar.
Qeyd edək ki, De Xea Premyer Liqanın növbəti turlarında "Arsenal" və "Uotford"la matçları, həmçinin "Midtyulland"la cavab oyununu buraxacaq.
- Yoxlama matçı: "Qalatasaray" 0:3-dən geri döndü
- İngiltərə Futbol Assosiasiyasından “Mançester Siti” açıqlaması: “Lazım gələrsə, tədbir görəcəyik”
- “Qalatasaray”da Lemina sevinci – Komanda ilə məşqlərə başladı
- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”
- Leao Ronaldonun “7” nömrəsindən danışdı: “O, uşaqlıq kumirimdir”